Dünyanın aparıcı otel brendlərindən biri olan Hilton, 2026-cı ildə bir sıra yeni açılışlar və yeniləmə layihələri ilə beynəlxalq miqyasda böyüməsini davam etdirəcək.
Turizmplus.az xəbər verir ki, yeni otellər Türkiyə, Yunanıstan, İtaliya, İspaniya, Səudiyyə Ərəbistanı, Malayziya və Birləşmiş Krallıqda qonaqları qəbul edəcək.
Türkiyədə iki mühüm layihə həyata keçiriləcək:
- Hilton Istanbul Bosphorus – 1955-ci ildən şəhərin simvolu olan otel 2026-cı ilə qədər yenilənəcək. 475 otaqlı kompleksdə yeni restoranlar, caz bar, spa və açıq hovuz yer alacaq.
- Hilton Istanbul Airport – İstanbul Hava Limanında yerləşəcək və markanın ilk hava limanı oteli olacaq. 485 otaqlı otel spa, qapalı hovuz və executive lounge ilə xidmət göstərəcək.
Yunanıstanda isə üç yeni otel istifadəyə veriləcək:
- Conrad Athens The Ilisian, Conrad Corfu və Hilton Chania Old Town Resort & Spa – bu otellər dəniz mənzərələri, xüsusi hovuzlar, spa və restoranlarla lüks istirahət təcrübəsi təklif edəcək.
İtaliyada Canopy by Hilton Milan Duomo, İspaniyada Palacio Bellas Artes San Sebastian, Curio Collection by Hilton, Birləşmiş Krallıqda isə Waldorf Astoria London Admiralty Arch kimi layihələr açılacaq.
Səudiyyə Ərəbistanında Conrad Riyadh Laysen Valley, Malayziyada isə Conrad Kuala Lumpur otelləri fəaliyyətə başlayacaq.
Bu layihələr Hilton-un qlobal turizm bazarındakı lider mövqeyini daha da gücləndirəcək.

