Yerli şirkətlərin nümayəndələri üçün Toscana kruiz gəmisində İNFO-TUR

Oktyabr 24, 2025 15:59 / 253
Yerli şirkətlərin nümayəndələri üçün Toscana kruiz gəmisində İNFO-TUR
A-
A
A+

Turizm sektorunun nümayəndələri üçün yeni və unikal imkan təqdim olunur — FUN&SUN şirkəti tərəfindən Costa Toscana kruiz gəmisində keçiriləcək Info-Tur üçün qeydiyyat başlayıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, tura balkonlu iki nəfərlik kayutada yerləşmə (FB konsepti ilə), “My Drinks” içki paketi (alkoqollu və alkoqolsuz içkilər daxil olmaqla “hər şey daxil” sistemi), liman rüsumları və servis haqları daxildir.

Qeydiyyat təsdiqləndikdən sonra 100 faiz ödəniş 1 gün ərzində həyata keçirilməlidir. Əks halda, iştirak ləğv edilə bilər. Tarif və ödənişlər geri qaytarılmır, həmçinin viza rədd olunduğu halda da məbləğ geri ödənilmir.

Müraciətlər elnara.akhmedova@fstravel.az elektron poçt ünvanına göndərilməlidir. Müraciətə pasport məlumatları, iş poçtu, şirkətin vizit kartının skanı və mobil nömrə əlavə edilməlidir. FUN&SUN şirkəti yerlərin məhdud olduğunu bildirib.

Oxşar xəbərlər