“Pasha Holidays”in təşkilatçılığı ilə Bəhreynə tanıtım səfəri keçirilib

Oktyabr 10, 2025 15:58 / 147
“Pasha Holidays”in təşkilatçılığı ilə Bəhreynə tanıtım səfəri keçirilib
A-
A
A+

25–29 sentyabr tarixlərində Pasha Holidays şirkətinin təşkilatçılığı ilə Bəhreyn Krallığına tanıtım səfəri (Fam Trip)həyata keçirilib. Səfərin məqsədi Bəhreynin yeni turizm istiqaməti kimi Azərbaycan bazarında tanıdılması və iki ölkə arasında turizm əlaqələrinin gücləndirilməsi olub.

cbx-add

Turizmplus.az xəbər verir ki, səfərdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvü olan 15 aparıcı turizm şirkətinin nümayəndələri, əsasən şirkət direktorları iştirak ediblər. Proqram çərçivəsində iştirakçılar Al Muharrak və Manama şəhərlərində, həmçinin Hawar adasında yerləşən əsas turizm obyektləri, mədəni və tarixi məkanlarla tanış olublar.

Təqdimat səfəri zamanı nümayəndə heyəti Formula 1 trası, Four Seasons, Ritz-Carlton, Jumeirah, Solymar və Hawar By Mantis kimi nüfuzlu mehmanxanalarda olub, bu obyektlərin infrastruktur və xidmət səviyyəsi ilə yaxından tanışlıq imkanı əldə edib.

Səfər iştirakçıları bildiriblər ki, Bəhreyn müasir şəhər infrastrukturu, qədim mədəni irsi və qonaqpərvərliyi ilə Azərbaycan turistləri üçün maraqlı və fərqli bir istiqamət ola bilər. Fam trip çərçivəsində keçirilən görüşlər zamanı gələcək əməkdaşlıq perspektivləri və birgə turizm layihələri barədə də müzakirələr aparılıb.

Oxşar xəbərlər