AJet qış səyahətləri üçün 9 dollardan başlayan endirimli biletlər kampaniyasına start verdi

Sentyabr 25, 2025 12:05 / 151
AJet qış səyahətləri üçün 9 dollardan başlayan endirimli biletlər kampaniyasına start verdi
A-
A
A+

AJet Avropa qış səyahətləri üçün 9 dollardan (vergilər xaric) başlayan endirimli biletlər kampaniyasına start verib.

cbx-add

Turizmplus.az xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, Vyanadan Cenevrəyə, Berlindən Sürixə, Saraybosnadan Skopyeyə qədər bütün Avropa istiqamətlərini əhatə edən kampaniya sərnişinlərə qış səyahətlərini indidən planlaşdırmaq imkanı təqdim edir.

Kampaniya çərçivəsində satışa çıxarılan biletlər 3 noyabr 2025 – 29 mart 2026 tarixləri arasında Balkanlar da daxil olmaqla bütün Avropa reyslərində istifadə oluna biləcək.

Endirimli biletlər bu gün saat 11:00-dan etibarən 26 sentyabr saat 23:59-a qədər satışda olacaq. AJet kampaniya çərçivəsində ümumilikdə 100 min endirimli yer təklif edir.

Kampaniya biletlərini “AJet.com” saytı, şirkətin mobil tətbiqi, rəsmi satış agentlikləri və çağrı mərkəzləri vasitəsilə əldə etmək mümkündür.

Qeyd edək ki, endirimli qiymətlər Türkiyədən uçuşlara aiddir.

Oxşar xəbərlər