Rusiyada Türkiyəyə hər şey daxil turlar aviabilet qiymətinə satılır – ARAŞDIRMA

İyul 29, 2025 16:39 / 213
Rusiyada Türkiyəyə hər şey daxil turlar aviabilet qiymətinə satılır – ARAŞDIRMA
A-
A
A+

Rusiyada fəaliyyət göstərən turizm platforması Level Travel-ın açıqlamasına əsasən, xüsusilə Antalyaya iki nəfərlik bir həftəlik turlar, otel, transfer və sığorta ilə birlikdə 59 min rubldan (1221 AZN) başlayan qiymətlərlə təklif olunur.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu vəziyyət tur operatorları ilə aviaşirkətlərin müqaviləli uçuşlarını tam doldurma səylərinin nəticəsidir.

Müqayisə üçün qeyd edək ki, avqust ayında AZAL aviaşirkəti ilə Bakı-Antalya-Bakı aviabiletlərinin bir nəfər üçün qiyməti hazırda 1000 AZN-dən başlayır.

Qeyd edək ki, yay mövsümündə Rusiya və Türkiyə aviaşirkətləri həftədə təxminən 1200 reys həyata keçirir. Buna görə də bəzən “isti” turların təyyarə bileti qiymətinə bərabər səviyyədə təklif olunması təəccüblü deyil. Hətta bəzi turistlərin sadəcə daha ucuz təyyarə bileti əldə etmək üçün tur paketləri aldığını, çünki tur şirkətlərinin təqdim etdiyi blok çarter biletlərin birbaşa aviaşirkət tariflərindən 20–30% daha ucuz olduğunu vurğulayıb.

Oxşar xəbərlər