Turizm şirkətləri üçün RML Holidays platformasına dair xüsusi təlim keçiriləcək – MƏLUMAT

İyul 28, 2025 16:02 / 186
Turizm şirkətləri üçün RML Holidays platformasına dair xüsusi təlim keçiriləcək – MƏLUMAT
A-
A
A+

Azərbaycanın aparıcı turizm platformalarından biri olan RML Holidays 30 iyul 2025-ci il tarixində turizm sektorunda fəaliyyət göstərən şirkətlər üçün xüsusi təlim təşkil edəcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, təlim saat 12:00-da, Ağ Şəhər, İlqar Mirzəyev 6 ünvanında baş tutacaq.

Təlimin məqsədi turizm şirkətlərinə RML Holidays platformasından istifadə qaydaları, onun təqdim etdiyi yeni funksiyalar və imkanlar, həmçinin platformanın biznesə inteqrasiya üsulları barədə ətraflı məlumat verməkdir. İştirakçılar sistemin yenilikləri, əməliyyat prosesləri və əməkdaşlıq imkanları ilə yaxından tanış olacaqlar.

Qeydiyyat üçün: partner@rmlholidays.com ünvanına müraciət edə bilərsiniz.

Bu təlim turizm şirkətlərinə RML Holidays platformasından daha effektiv istifadə etməyə və yeni əməkdaşlıq imkanları qazanmağa imkan yaradacaq.

Oxşar xəbərlər