USD 1.7
24 °C

Tailanda gedən azərbaycanlıların diqqətinə: Rəqəmsal Giriş Dəyişikliyi

May 1, 2025 15:51 / 280
Tailanda gedən azərbaycanlıların diqqətinə: Rəqəmsal Giriş Dəyişikliyi
A-
A
A+

Tailand hökuməti 1 may 2025-ci ildən etibarən ölkəyə gələn bütün xarici vətəndaşlar üçün yeni rəqəmsal giriş sistemi — Thailand Digital Arrival Card (TDAC) tətbiq edib. Yeni sistem əvvəlki kağız əsaslı TM6 giriş formasını tamamilə əvəz edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, Tailand İmmiqrasiya İdarəsinin yaydığı rəsmi məlumata görə, TDAC sistemi səyahətçilərin giriş prosesini sürətləndirmək, sərhəd nəzarətini gücləndirmək və ictimai sağlamlıq təhlükəsizliyini artırmaq məqsədilə hazırlanıb.

Yeni rəqəmsal platforma vasitəsilə ölkəyə səfər edən turistlər və digər xarici vətəndaşlar şəxsi məlumatlarını səfər öncəsi elektron qaydada təqdim edirlər. TDAC forması mobil tətbiq və ya rəsmi veb sayt üzərindən doldurula bilər. Sənəd təsdiqləndikdən sonra səyahətçiyə təqdim olunan QR kod ölkəyə giriş zamanı yoxlanılır.

Tailand rəsmiləri bildirir ki, bu addım xüsusilə pandemiya sonrası dövrdə rəqəmsal təhlükəsizliyi gücləndirmək və səyahətçilərin rahatlığını təmin etmək məqsədi daşıyır. Rəqəmsallaşma həm də hava limanlarında sıxlığın və gecikmələrin qarşısını almağa xidmət edir.

Yeni sistem yalnız xarici vətəndaşlara şamil olunur və ölkənin “ağıllı turizm” strategiyasının bir hissəsi kimi təqdim olunur.

Oxşar xəbərlər