İrandan Amerikaya xəbərdarlıq: Zərər çəkməmək üçün uzaq durun

İran diplomatik kanallarla Amerikaya xəbərdarlıq edib.

“Mediaplus” xarici mətbuata istinadən xəbər verir ki, İran tərəfi İsrailə qarşı hər hansı qisas əməliyyatı zamanı Pentaqonun müdaxilə etdiyi təqdirdə ABŞ-ın regiondakı hərbi bazaları legitim hədəf olacağını vurğulayıb.
İran Prezident Aparatının siyasi məsələlər üzrə müavini belə bir razılaşma olduğunu təsdiqləyib.