USD 1.7
7 °C

66 şirkət Trippost.az – Milli Səyahət Platformasında qeydiyyatdan keçib

Yanvar 27, 2025 13:58 / 414
66 şirkət Trippost.az – Milli Səyahət Platformasında qeydiyyatdan keçib
A-
A
A+

Azərbaycanda fəaliyyət göstərən 66 turizm agentliyi ilk mərhələdə Trippost.az – Milli Səyahət Platformasında qeydiyyatdan keçib.

cbx-add

Platformadan Turizmplus.az saytına verilən məlumata görə, sayt hazırda ancaq qeydiyyat üçün açıqdır və qeydiyyat ilk 100 şirkət üçün ödənişsizdir. Platforma fevral ayından etibarən fəaliyyətə başlayacaq.

QEYDİYYAT ÜÇÜN KLİKLƏYİN

Qeyd edək ki, bu platformada Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri, hotellər, bələdçilər və restoranlar barədə digər istifadəçilərin bölüşdüyü fikirləri, qiymətləndirməni və çəkdiyi fotoları görə bilərsiniz.

İstifadəçilər tərəfindən yazılan şərhlər və verilən ballara uyğun olaraq turizm şirkətləri, hotellər, bələdçilər və restoranların reytinq cədvəli hazırlanacaq və hər kəsə açıq nümayiş etdiriləcək.

Bundan əlavə platforma ziyarətçiləri turizm şirkətlərinin qaynar və endirimdə olan turları ilə tanış ola, yaradıcı insanlar onlayn mağazada turistlərə aid hədiyyələrin satışını həyata keçirə, səyahətə yollanan insanlar özlərinə həmin tarixlərdə yol yoldaşı tapa, səyahətdən sonra səfərləri barədə yazılarını blogda paylaşa bilərlər.

Oxşar xəbərlər