SOSİAL ŞƏBƏKƏLƏRDƏ SORĞU: Ən reytinqli turizm şirkəti hansıdır?
Trippost.az Səyahət Platforması sosial şəbəkə üzərindən yerli turizm şirkətləri ilə bağlı sorğuya start verib.
SORĞUDA İŞTİRAK ETMƏK ÜÇÜN KLİKLƏYİN.
Turizmplus.az xəbər verir ki, fevraldan fəaliyyətə başlayacaq və Azərbaycanın ən böyük səyahət platforması olmağı hədəfləyən Trippost səyahət platformasında insanlar Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri, hotellər, bələdçilər, aviaşirkətlər və restoranlar barədə digər istifadəçilərin bölüşdüyü fikirləri, qiymətləndirməni və çəkdiyi fotoları görə biləcək. Bundan əlavə müzakirələrə qoşulmaq şansı əldə edəcək.
Qeyd edək ki, müştərilər tərəfindən saytda yazılan şərhlər və qiymətləndirmə nəticəsində turizm şirkətlərinin reytinq cədvəli tərtib ediləcək.