7 saylı Bakı, 1 və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzlərində vətəndaşlara müxtəlif turizm xidmətləri də təklif edilir.
Turizmplus.az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu xidməti artıq bir neçə ildir vətəndaşlara təklif edir.
Turizm xidmətlərinə daxildir:
– Aviabiletlərin satışı;
– Viza dəstəyi;
– Dünyanın istənilən nöqtəsində və Azərbaycanda otellərin bronlaşdırılması;
– Turların təşkili;
– Kruizlərin təşkili;
– Sanatoriyaların bronlaşdırılması;
– Xarici və yerli turistlər üçün Azərbaycanda daxili turların təşkili;
– Avtomobil icarəsi;
– Transfer xidmətləri (xaricə səfər edən şəxslərin qarşılanması, yola salınması hava limanından otelə çatdırılması və.s);
– Səyahət Sığortası.
Qeyd edək ki, ilk “ASAN xidmət” 2013-cü il yanvarın 15-də vətəndaşlara xidmət göstərməyə başlayıb.