USD 1.7
10 °C

Yeni yerli brend – “RML Holidays”: Turizm şirkətləri üçün ən sərfəli təkliflər

İyul 4, 2024 14:35 / 427
Yeni yerli brend – “RML Holidays”: Turizm şirkətləri üçün ən sərfəli təkliflər
A-
A
A+

RML Holidays – bu bir multifunksional və innovativ online rezervasiya sistemi məhsuludur.

cbx-add

Şirkətdən Turizmplus.az saytına verilən məlumata görə, sistemin əsas özəliyi və digər mövcud B2B portallardan fərqi, dünya üzrə 60-dan çox nəhəng Avropa, Amerika və Asiya məşəli aqreqatorların bir yerdə cəmləşməsi nəticəsində ən əlverişli qiymətlərlə bütün istiqamətlərdə turizm xidmətlərinin əldə olunma imkanıdır. “RML Holidays” bütün provayderlərlə birbaşa müqavilələr və dinamik qoşulma əsasında bütün xidmətlərin anında təsdiqləmə ilə fəaliyyət göstərir.

“RML Holidays” sizə istənilən istiqamətlərə mehmanxana və aviabilet seçimləri, bir və yaxud bir neçə şəhərli tur paket tərtibati, transfer və bütün turizm xidmətlərini bir klikdə və asan bronlaşdırma sistemi üzərindən əldə etmək imkanını sizə yaradır. Dinamik qiymət siyasəti nəticəsində rezervasiyaların anında təsdiqi və dərhal bildirişin təqdim olunması, həmçinin izahlı səyahət sənədlərinin təqdim olunmsı, asan hesabat sistemi və analiz reportlarının avtomatik hazirlanması sisteminin mövcudluğu turizm işçilərinin iş prosessinə və vaxtına xeyli qənaəet etməsi deməkdir.

Saytın özəlliyi bununla bitmir və əlavə dəstəyə ehtiyacınız olduğu təqdirdə bizim 24/7 professional web əməliyyatları komandası sizə yüksək səviyyədə dəstək göstərməyə üçün çalışır!

Ətraflı məlumat və əlaqə üçün: +99499 202 02 08

Turizm sektorunun ən çox oxunan xəbər saytında reklamınız olsun !

Oxşar xəbərlər