USD 1.7
10 °C

Gürcüstana giriş zamanı icbari sığorta vacibdir? – QƏRAR DƏQİQLƏŞDİRİLİB

İyun 4, 2024 15:30 / 412
Gürcüstana giriş zamanı icbari sığorta vacibdir? – QƏRAR DƏQİQLƏŞDİRİLİB
A-
A
A+

Gürcüstan İqtisadiyyat Nazirliyinin Milli Turizm Administrasiyası ölkəyə gələn turistlər üçün icbari tibbi sığortanın tətbiqini 2026-cı il yanvarın 1-dək təxirə salmaq qərarına gəlib.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu barədə TASS xəbər agentliyinə idarənin mətbuat xidməti məlumat verib.

“Bəli, doğrudan da, turistlərin icbari sığortasının tətbiqi 2026-cı il yanvarın 1-nə qədər təxirə salınıb. İcbari sığorta 2024-cü il iyunun 1-dən aktivləşməli idi”, – mətbuat xidmətinin əməkdaşı bildirib.

Turizm administrasiyası təxirə salınmanın səbəbini açıqlamayıb. Eyni zamanda, yerli medianın yazır ki, hakimiyyət sığorta şirkətləri ilə sığorta polisinin qiyməti və digər texniki detallar barədə razılığa gələ bilməyib.

Oxşar xəbərlər