“Aristokrat Travel” şirkətlərə mürəkkəb hesab olunan vizalar üzrə B2B viza dəstəyi təklif edir
“Aristokrat Travel Azerbaijan” MMC yerli turizm şirkətlərinə peşəkar B2B viza dəstəyi xidməti təklif edir.
Turizmplus.az xəbər verir ki, şirkətin təcrübəli viza mütəxəssisləri rəsmiləşdirilməsi mürəkkəb hesab olunan Böyük Britaniya, ABŞ, Kanada və Avstraliya vizaları üzrə xidmət göstərirlər.
Xidmət çərçivəsində sənədlərin hazırlanması, anketlərin doldurulması, müraciətlərin təqdim edilməsi və prosesin izlənilməsi də daxil olmaqla, viza müraciətinin bütün mərhələlərində peşəkar dəstək göstərilir.
CƏMİ 300 AZN-ə 12 AYLIQ MEDİA TƏRƏFDAŞLIĞI – Turizmplus.az-da yeni proqram
Bununla yanaşı, şirkət Şengen zonasına daxil olan bütün ölkələr, eləcə də digər Avropa və Asiya dövlətləri üzrə viza müraciətlərinin rəsmiləşdirilməsinə dəstək göstərir.
Hazırda bir sıra yerli turizm şirkətlərinə B2B viza dəstəyi göstərən “Aristokrat Travel” əməkdaşlıq şəbəkəsini genişləndirmək məqsədilə yeni tərəfdaşlara da açıqdır.
Sözügedən xidmət xüsusilə öz viza şöbəsi olmayan turizm şirkətləri üçün əlverişli imkan yaradır. Belə ki, agentliklər viza prosedurları mürəkkəb olan istiqamətlər üzrə müştərilərinə kompleks xidmət göstərərək, müraciət prosesini peşəkar komandaya həvalə edə bilərlər.
Qeyd edək ki, turizm sektorunda 13 ildən artıq təcrübəyə malik olan “Aristokrat Travel Azerbaijan” MMC Azərbaycan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Avropa və Asiya istiqamətləri üzrə gəlmə və getmə turizmi, MICE, korporativ tədbirlər və B2B tərəfdaşlıq sahələrində fəaliyyət göstərir.
Əməkdaşlıq üçün əlaqə:
WhatsApp: +994 10 409 50 00 (İbrahim bəy)

