Misirə səyahət edən turistlərin nəzərinə — VERGİ ÖDƏYƏCƏKLƏR

landmarks in egypt 1 2

Misirin Nümayəndələr Palatası turistlərdən vergi toplamaq üçün qanunu təsdiqləyib.

Turizmplus.az xarici mətbuara istinadən xəbər verir ki, qanuna görə Misirə turist kimi gələnlərin ölkədən çıxarkən 100 Misir funtu (5.50 AZN) ödəməsi gözlənilir.

Misir Nümayəndələr Palatasının qəbul etdiyi qərara görə, Qırmızı dəniz, Cənubi Sinay, Luksor, Asvan və Marsa Matruh bölgələrinə səfər edən xarici turistlər ölkədən çıxarkən endirimli olaraq 50 Misir funtu çıxış vergisi ödəyəcək. Qahirədən çıxışda isə 100 Misir funtu ödəniləcək.

Turistlər həmçinin Misir hava limanlarında alış-veriş üçün vergi ödəyəcəklər. Misir hökuməti turistlərdən vergi ilə büdcəyə 5 milyard Misir funtu qatmağı hədəfləyir.

Menecerlər