İçərişəhərdə “Şirin Bakı” Festivalı keçiriləcək

Noyabr 17, 2026 09:25 / 29
İçərişəhərdə “Şirin Bakı” Festivalı keçiriləcək
A-
A
A+

Dekabrın 4–6-da İçərişəhərdə yerləşən Qoşa Qala meydanında Şirin Bakı Festivalı təşkil olunacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, festival paytaxt sakinlərinə və turistlərə müxtəlif şirniyyatlar, qastronomik məhsullar və yerli və xarici brendlərlə tanış olmaq imkanı yaradacaq.

Tədbir yalnız satış yarmarkası deyil, həm də sahibkarların məhsullarını tanıtması, yeni müştərilər qazanması və biznes əlaqələri qurması üçün platforma kimi nəzərdə tutulub.

Festivalda şirniyyat brendləri, istehsalçılar, çay evləri, qəhvə brendləri, restoran və kafe şəbəkələri, eləcə də qastronomiya və qida sektorunda fəaliyyət göstərən şirkətlər iştirak edə bilərlər.

İştirakçılar məhsullarını təqdim etmək və satmaq, yerli və xarici qonaqlarla birbaşa ünsiyyət qurmaq, reklam və foto-video çəkiliş imkanlarından yararlanmaq fürsəti əldə edəcəklər.

Oxşar xəbərlər