“TourismFest Baku 2027” turizm festivalına stend satışları başladı – ƏLAQƏ

Oktyabr 5, 2026 12:09 / 129
“TourismFest Baku 2027” turizm festivalına stend satışları başladı – ƏLAQƏ
A-
A
A+

“TourismFest Baku 2027” turizm festivalına stend satışlarına start verilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, “TourismFest Baku 2027” Plus Media Production tərəfindən təşkil olunur. Festival 17–18 aprel 2027-ci il tarixlərində Bakıda yerləşən “Passage 1901” sərgi salonunda keçiriləcək.

Tədbirdə turizm şirkətləri, hotellər, aviaşirkətlər və digər turizm obyektləri öz məhsul və xidmətlərini təqdim etmək, yeni müştərilər və tərəfdaşlarla əlaqələr qurmaq imkanı əldə edəcəklər.

“TourismFest Baku 2027” çərçivəsində sərgi proqramı ilə yanaşı, müxtəlif təqdimatlar, görüşlər, müsabiqələr və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Festivalda iştirak etmək istəyən şirkət və turizm obyektləri üçün stend satışları artıq başlayıb.

Stendlər, iştirak şərtləri, festival proqramı və digər detallı məlumatlarla bağlı müraciət etmək üçün təşkilatçılarla əlaqə saxlamaq mümkündür:

+99450 411 38 19 (Whatsapp)
info@tourismfest.az

Oxşar xəbərlər