USD 1.7
16 °C

“2025-ci il sağlamlıq turizmi ilə bağlı həlledici il olacaq” – KƏNAN QASIMOV

Oktyabr 29, 2024 12:55 / 110
“2025-ci il sağlamlıq turizmi ilə bağlı həlledici il olacaq” – KƏNAN QASIMOV
A-
A
A+

Azərbaycanda sağlamlıq turizmi üzrə potensial yüksəkdir, lakin keyfiyyət məsələsində bəzi çatışmazlıqlar mövcuddur.

cbx-add

Turizmplus.az “Report”a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Şuşada keçirilən “Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf imkanları” adlı tədbir çərçivəsində təşkil olunmuş “Azərbaycan Sağlamlıq Turizmi Destinasiyası kimi: Cari Vəziyyət və İmkanlar” adlı panel müzakirələrində bildirib.

“Bu çatışmazlıqların aradan qaldırılması üçün addımlar atacağıq. 2025-ci il sağlamlıq turizmi ilə bağlı həlledici il olacaq”, – deyə o qeyd edib.

Bundan başqa, aparat rəhbərinin sözlərinə görə, Azərbaycanda turizmlə bağlı mövsümilik problemi də mövcuddur: “Alternativ turizm növlərinin inkişafı bizə bu problemi həll etməyə imkan verir. Sağlamlıq turizminin imkanlarının araşdırılması ilə bağlı hesabatlar hazırlanır,” – aparat rəhbəri əlavə edib.

Onun sözlərinə görə, sağlamlıq turizmi ilə bağlı işçi qrupu formalaşdırılır: “Əsas məqsədimiz müxtəlif qurumların ortaq mövqeyini əks etdirən sənəd hazırlamaq və koordinasiyalı fəaliyyət göstərməkdir”.

Oxşar xəbərlər