Bakıda «Maxx Royal» və «Voyage» hotellərinin təqdimatı keçirilib

35461625 7cb5 4c5c 9006 d73b14e7b6f2

“Summer Tour”un təşkilatçılığı ilə Maxx Royal və Voyage hotellərinin təqdimatı keçirilib.

Turizplus.az xəbər verir ki, hotelin nümayəndəsi Nigina Agamirzaeva tərəfindən iştirak edən qonaqlara hotellər haqqında ətraflı məlumat verilib, hotellərin üstünlüklərindən, qonaqların istirahətlərindən zövq alması üçün hoteldə yaradılan şəraitdən bəhs olunub. Şam yeməyi zamanı qonaqlar və hotel nümayəndələri arasında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, “Summer Tour” tərəfindən təşkil olunan bu tədbirlər agent şəbəkəsinin hotellər ilə qiyabi tanışlığına və əlaqələrin genişləndirilməsinə imkan yaradır.

IMG 3033

IMG 3032

04355a0f 6cbd 42d2 975b 3aec65a6907e

 

Menecerlər