Azərbaycan-Mərakəş arasında vizaların ləğvi nə zaman qüvvəyə minəcək? — AÇIQLAMA

news 2023 12 25 115226 799703

Xəbər verdiyimiz kimi, Azərbaycanla Mərakəş arasında ümumvətəndaş passportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə aprelin 4-də saziş imzalanıb. Proses Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşü çərçivəsində baş tutub.

Turizmplus.az xəbər verir ki, bu mərhələdən sonra insanları maraqlandıran əsas məsələ vizasız rejimin nə zaman qüvvəyə minəcəyidir. Bununla bağlı Mərakeş Krallığının Azərbaycan Respublikasında yerləşən səfirliyi ilə əlaqə saxladıq:

«Hazırda vizasız rejimə keçidin nə zaman reallaşacağı tarixi ilə bağlı rəsmi məlumat yoxdur. Bu barədə məlumat olarsa, dərhal səfirliyin sosial şəbəkə hesablarında ictimaiyyətə açıqlama veriləcək. İndiki halda Marəkeş Krallığına yollanan insanlar üçün normal qaydada viza prosedurları keçərlidir», — deyə Mərakeş Krallığının Azərbaycan Respublikasında yerləşən səfirliyindən saytımıza bildirildi.

Menecerlər