Baş nazir Milli Məclisdə quru sərhədlərlə bağlı qərar barədə danışıb

1710239347.Eli Esədov

Baş nazir Əli Əsədov quru sərhədlərlə bağlı qərarın onun səlahiyyətində olduğunu bəyan edib.

Turizmplus.az «Report»a istinadən xəbər verir ki, Əli Əsədov bu barədə Milli Məclisdə çıxışı zamanı danışıb.

O, sərhədlərin bağlı olmasının ümumi daxili məhsulun (ÜDM) artımına təsiri olmadığını deyib: «2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Buna mən imza atmışam. Bu, qanunauyğun olaraq Baş nazir kimi mənim səlahiyyətimdir».

Baş nazir bildirib ki, quru sərhədləri bağlı olsa da, 2021-ci ildə ÜDM 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb.

Menecerlər