Turizm şirkətlərinin fəaliyyətinə zərbə? — AZAL AVİABİLETLƏRİ TAKSİTLƏ SATACAQ

eec78c54 1ee3 3146 93d8 87fb1f2cf2c1 850

Məlumdur ki, turizm şirkətlərinin əsas «bel sütunu» aviabilet satışlarıdır. Turizm agentliklərinin bir çoxu maliyyə qazancının əsas hissəsini bu satışlarla qarşılayır. Bu məsələdə müştərilər üçün üstünlük məbləği bir neçə ay ərzində ödəmələridir. Görünən odur ki, AZAL-ın ABB ilə yeni əməkdaşlığı turizm şirkətlərinin fəaliyyətinə zərbə olacaq.

Bu barədə geniş sorğu növbəti məqalədə…

Turizmplus.az xəbər verir ki, artıq sərnişinlər kredit kartı ilə aviabiletləri faizsiz və komissiyasız taksitlə əldə edə bilərlər.

Aviabiletləri taksitlə almaq imkanı AZAL-ın bütün istiqamətləri üçün keçərlidir.  Aviabilet alışı zamanı ödənişləri 2 və ya 3 aya bölmək mümkündür. Aviabiletləri taksitlə əldə etmək üçün sərnişinlər:

— Bileti seçib ödəniş mərhələsinə keçməli;

— Ödəniş üsulu kimi göstərilən kartı seçməlidirlər.

Hissə-hissə ödəniş imkanı ilə aviabiletləri onlayn qaydada AZAL-ın rəsmi www.azal.az saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.

AZAL ABB taksit

Menecerlər