«Air Astana» aviaşirkətinin Bakı nümayəndəliyində DƏYİŞİKLİK

WhatsApp Image 2024 03 01 at 16.15.52 9b97332b

Mövcud və gələcək əməkdaşlıq imkanlarının inkişafı məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla “Air Astana” hava yollarının Azərbaycan üzrə yeni rəsmi nümayəndəsi Timur Salimov arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə Göydəniz Qəhrəmanov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının fəaliyyəti, ölkənin turizm sektorunun inkişafında rolu, üzvlərinin sayı və göstərdikləri xidmət sahələri, o cümlədən ”Air Astana” ilə əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verib yeni nümayəndəyə gələcək fəaliyyətində müvəffəqiyətlər arzulayıb.

Müzakirələr çərçivəsində Timur Salimov təmsil etdiyi hava yolları şirkətinin Azərbaycan bazarına xüsusi önəm verdiyini, qarşılıqlı iş birliyinin genişləndirilməsində maraqlı olduqlarını və mart ayının 3-dən etibarən Azərbaycan istiqamətinə uçuşların bərpa edilcəyini diqqətə çatdırıb.

Sonda Göydəniz Qəhrəmanov şirkətin Azərbaycan üzrə öncəki nümayəndəsi Deulet Yerkenuleyə yeni işində uğurlar arzulayıb ATAA ilə əməkdaşlıq əlqələrinin inkişafına göstərdiyi dəsətəyə görə öz təşəkkürünü bildirib.

Menecerlər