Sağlamlıq turizmi ilə bağlı Azərbaycan-Türkiyə nümayəndə heyətlərinin görüşü baş tutub

WhatsApp Image 2024 02 20 at 13.04.16 a5204203

Fevral ayıının 18-20 tarixləri arasında Doruk Sağlıq qrupunun idarə heyətinin üzvləri –Doruk Sağlıq qrupu kurucularından olan , 27-ci dönəm AK Parti millət vəkili Mustafa ESGİN, baş direktor Ayhan KALYONCU və satış bazarlama direktoru Ş.Sinan YALÇIN Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının idarə heyətinin dəvəti ilə Azərbaycanda iki günlük işgüzar səfərdə olub.

Turizmplus.az xəbər verir ki, fevral ayının 19-da «New Baku» mehmanxanasında Azərbaycan sağlamlıq turizmi şirkət və quruluşları ilə Doruk Sağlıq Qrupu nümayəndələrinin görüşü və Bursa Xəstəxana, Reabilitasiya və Termal Mərkəzlərinin təqdimatı həyata keçirilib. Görüşdə Milli məclisin deputatları İlham Məmmədov, Vüqar Bayramov , Müşviq Məmmədli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov, «Skal International Baku» Klubunun prezidenti Ceyhun Aşurov, ATAA-nın sədr müavini Əhməd Qurbanov, eləcə də Azərbaycanda fəaliyyət göstərən turizm və tibb müəsisələrinin nümayəndələri iştirak edib.

WhatsApp Image 2024 02 20 at 13.04.13 eaeb41e0

Tədbiri giriş sözü ilə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev açıb. Tədbirin keçirilməsində məqsəd iki ölkə arasında sağlamlıq turizminin imkanlarının daha da geniş auditoriyada tanıdılması, eləcə də, geniş fəaliyyət istiqamətinə start verilməsidir.

Doruk Sağlıq qrupu qurucularından olan , 27-ci dönəm AK Parti millət vəkili Mustafa ESGİN və baş direktor Ayhan KALYONCU Bursanın turizm potensiali və Doruk Sağlıq Qrupu haqqında iştirakçılara geniş məlumat vermiş və İki ölkə arasında sağlamlıq turizminin konkret inkşişav prespektivlərindən danışmışdır.

WhatsApp Image 2024 02 20 at 13.04.16 169cfd29

Milli Məcilisin deputatları İlham Məmmədov, Vüqar Bayramov, Müşviq Məmmədli Azərbaycanın kurort potensialının böyük olduğunu, daxili turizmin inkişafı, müalicəvi turizm obyektlərinin dirçəldilməsi istiqamətində Dövlət Proqramına əsasən bir sıra tədbirlərin həyata keçirildiyini söyləmişlər. Azərbaycan təbii ehtiyatlarına, münbit şəraitinə və füsunkar təbiətinə görə turizm potensialı böyük olan ölkədir. O, ölkəmizdə müalicəvi kurort zonalarının olduğunu, həmin turizm obyektlərinin xarici ölkələrdə də tanınmasının zəruri olduğunu dilə gətirib. bu işdə Azərbaycana dəstək olan qardaş ölkədən gələn nümayəndələrə öz minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycanda vaxtıilə məşhur olmuş müalicəvi sanatoriyalar var ki, həmin kurortların potensialından daha səmərəli istifadə üçün nazirlik tərəfindən tədbirlər davam etdirilir: “Təbii ki, həmin müalicəvi məkanların imkanlarından həm öz vətəndaşlarımız yararlanmalı, həm də, həmin turizm obyektləri xarici ölkələrdən turist cəlb etməlidirlər”.

WhatsApp Image 2024 02 20 at 13.04.15 95b15a51

WhatsApp Image 2024 02 20 at 13.04.14 fc1fa11a

WhatsApp Image 2024 02 20 at 13.04.14 3bb2949c

Menecerlər