“Buta Tour İstanbul” şirkətinin Bakı ofisi fəaliyyətə başlayıb – MÜSAHİBƏ

1707986673278

Türkiyədə 7 ildən artıqdır ki, fəaliyyət göstərən “Buta Tour İstanbul” şirkəti Azərbaycanda fəaliyyətə başlayıb.

Şirkətin Bakı ofisinin rəhbəri Ceyran Qədirova Turizmplus.az saytına açıqlamasında bildirib ki, şirkət Türkiyədə DMC olaraq fəaliyyət göstərir və MDB, Avropa ölkələrindən turistlər qəbul edir. Şirkət eyni zamanda transfer, ekskursiya və şirkətin balansındakı “Buta Tour” loqolu nəqliyyat vasitələri ilə müxtəlif xidmətlər həyata keçirir.

IMG 20240215 125429

“Bu ilin fevral ayından etibarən Azərbaycanda fəaliyyətə başladıq. Peşəkar komandamız turistlərin dünyanın müxtəlif ölkələrində komfortlu səyahətini və yüksək səviyyəli servislə qarşılanıb-yola salınmasını təmin edəcək.
Əsasən onu qeyd edim ki, Türkiyənin İstanbul, Kapadokya, Ankara kimi şəhərlərində və Yalova Termal hotellərində xüsusi qiymətlər təklif edirik. Xidmət göstərdiyimiz sahələr:

— MİCE ve qrup sorğularının hazırlanması
— Transfer xidmətləri ( qrup, individual, VİP )
— Peşəkar bələdçi xidmətləri ( 8 dildə)
— Günlük avtomobil icarəsi
— Ekskursiya və turlar

Qeyd edim ki, açılışa özəl olaraq bu xidmətlərdə xüsusi təklif və endirimlərimiz var. Bütün yeniliklərdən xəbərdar olmaq üçün sizi “Buta Tour İstanbul”un whatsapp qrupuna dəvət edirəm”, — deyə “Buta Tour İstanbul” Bakı ofisinin rəhbəri Ceyran Qədirova bildirib.

Əlaqə vasitələri: +99499 9433434; +99412 5303434

Turizmplus.az saytında reklamınız olsun — QİYMƏTLƏR

1707986810332

Menecerlər