Azərbaycanlı turizmçilər THY-nin təşkilatçılığı ilə Kubada — FOTOLAR

424974643 10160700976069404 7011149488541845996 n

Türk Hava Yollarının təşkilatçılığı və Havatur şirkətinin dəvətinə əsasən ölkənin bir sıra turizm şirkətlərinin rəhbər şəxsləri Kuba Respublikasına təşkil olunan tanışlıq səfərində iştirak edib.

Turizmplus.az xəbər verir ki, səfərin məqsədi Kubanın turizm potensialı ilə tanış olmaq, ölkənin aparıcı turizm şirkətləri və təşkilatları ilə əməkdaşlıq əlaqələrini dəyərləndirmək və qarşılıqlı turist səfərlərinin təşkili istiqamətində görüşlər keçirməkdir.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Göydəniz Qəhrəmanov saytımıza açıqlamasında səfər çərçivəsində Azərbaycanın Kuba Respublikasında fəaliyət göstərən fövqəladə və səlahiyyətli səfiri Ruslan Rzayevlə və diplomatik korpusun digər nümayəndələri ilə görüşün keçirildiyini bildirib.

«Görüş zamanı hörmətli Ruslan Rzayev şirkətlərin nümayəndələri ilə Kuba haqqında maraqlı məlumatlarla bölüşdü, iki tərəfli turizm əlaqələrinin inkişafı istigamətində səfirlik tərəfindən görülən işlər barədə ətraflı məlumat verdi. Biz də turizm şirkətləri olaraq diplomatik korpusun nümayəndələrini çalışdığımız istigamətlər və fəaliyət sahəmiz üzrə məlumatlandırdıq. Görüşün sonunda xatirə şəkili çəkdirdik.

İnanıram ki, bu ziyarət iki ölkə arasında qarşılıqlı turizm səfərlərinin formalaşdırılmasına, turist axınının artırılmasına müsbət təsir göstərəcək. Fürsətdən istifadə edib dəvətə görə Türk Hava Yollarının və Havatur şirkətinin rəhbərliyinə, Kubanın Azərbaycandakı səfiri hörmətli Karlos Enrike Valdesə dərin təşəkkürümü bildirirəm.», -deyə Göydəniz Qəhrəmanov qeyd edib.

Menecerlər