«Pegas Touristik» turizmçiləri kinoteatrda bir araya gətirib — FOTOLAR

photo 2023 12 21 11 06 31

Beynəlxalq «Pegas Touristik» tur-operatorunun Azərbaycan nümayəndəliyi kreativ tədbirlə yadda qalıb.

Turizmplus.az xəbər verir ki, dekabrın 20-də tur-operatorun təşkilatçılığı ilə «Cinemaplus» kinoteatrında turizmçilər üçün «Evdə Tək» filminin nümayişi baş tutub. Tədbiri giriş sözü ilə şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Emin Perit Uzun açıb. 2023-cü ilə dair son məlumatları çatdırdıqdan sonra Emin Perit növbəti — 2024-cü ildə turizm şirkətləri, aviaşirkət və hotel nümayəndələrinə uğurlar arzulayıb.

Daha sonra tur-operatorun digər işçiləri də qonaqları salamlayıb və təbrik edib.

Qeyd edək ki, tədbirdə turizm assosiasiyalarının rəhbər şəxsləri, turizm şirkətləri, hotellər və aviaşirkətlərdən 100-ə yaxın nümayəndə iştirak edib.

photo 2023 12 21 15 15 14 2

photo 2023 12 21 15 15 14

photo 2023 12 21 15 15 15

Menecerlər