Azərbaycanda sağlamlıq turizminə dair növbəti konfrans keçiriləcək

getty 499517325 111832

13-14 yanvar tarixlərində “Qastroenteroloqiya və Hepatol-oqiya sahəsində müasir klinik tövsiyələr” adlı elmi praktik konfrans təşkil olunacaq.

Bu barədə Turizmplus.az saytına sağlamlıq turizmi üzrə ixtisaslaşmış «Bayraktar Group» şirkətindən məlumat verilib. Konfransın ilk günü “Four Seasons” oteldə, ikinci günü isə “Yeni Klinika”da baş tutacaq. Təlim-konfransda Türkiyədən olan Dr. Orhan Fahri Demir tərəfindən mövzu ilə bağlı mühazirə və master-klass həyata keçiriləcək. Sonda iştirakçılara akreditasiya balını (13 bal) müəyyən edən sertifikat təqdim olunacaq.

Qeyd edək ki, Türkiyə Respublikasının təşviqi ilə yaranmış «Bayraktar Group» şirkəti Azərbaycan vətəndaşlarının Türkiyədə müayinə, müalicə və əməliyyatlarını həyata keçirir. Azərbaycanda dünya standartlarının qəbul etdiyi testlər və müayinələri edərək, Türkiyədəki digər məsrəflər və vaxta qənaət edilir.

Qeydiyyat üçün əlaqə koordinatları:

Tel: +994777447707 whats App
E-mail: [email protected]

WhatsApp Image 2023 12 12 at 15.05.22 059dcd06

Menecerlər