Azərbaycanda ilk dəfə «Tourism Fest Baku 2024» turizm festivalı keçiriləcək

TFB24 LOGO guides 2

«Plus Media Production» şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə «Tourism Fest Baku 2024» turizm festivalı keçiriləcək.

Turizmplus.az xəbər verir ki, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Turist Bələdçiləri Assosiasiyası , Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyası və «SKAL Baku» turizm peşəkarları klubunun rəsmi tərəfdaşlığı ilə baş tutacaq tədbir turizmçiləri birbaşa potensial müştərilərlə görüşdürən, yeni məhsulları, sərfəli turları, turizm obyektlərindəki yenilikləri yerli bazara çatdıran turizm festivalıdır. Festival yalnız sərgi və yarmarkadan ibarət deyil. Tədbir çərçivəsində konsert proqramı, müsabiqələr, müxtəlif ölkələrin tanıtımları və tanınmış səyyahlarla görüşlər baş tutacaq.

Yanvarın 27-28-i tarixlərində Azərbaycanın ən çox ziyarət edilən alış-veriş mərkəzlərindən biri olan «Gənclik Mall»da keçiriləcək Festivalın əsas tərəfdaşları «Bee Tours», «Yes Travel» turizm agentlikləri və «Summer Tour» tur-operatorudur.  «CR8PRO» Festivalın Tərəfdaşı, Turizmplus.az saytı isə Media Dəstəkçisidir.

Qeyd edək ki, Festivalda əsas tərəfdaş və tərəfdaş olmaq istəyən şirkətlər [email protected] email adresinə, stend sahibi olmaq istəyən şirkətlər isə 050 212 36 96 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] email ünvanına sorğu göndərə bilər.

Menecerlər