TURİZMÇİLƏRİN DİQQƏTİNƏ: 4 istiqamətə ödənişsiz info-turlar baş tutacaq

bigstock 199143082

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycandaxili 4 istiqamətə tanıtım məqsədli info-turlar baş tutacaq.

Turizmplus.az xəbər verir ki, üç info-tur 11-13 dekabr, bir info-tur isə 11-12 dekabr tarixlərini əhatə edəcək.

Qərb ekoturizm info-turunda Göygöl rayonuna, Şimal-mərkəz ekoturizm info-turunda Şamaxı, İsmayıllı, Qəbələ rayonlarına, Şimal ekoturizm info-turunda Quba, Qusar rayonlarına, Cənub ekoturizm info-turunda isə Lerik, Lənkəran, Astara rayonlarına səfərlər ediləcək.

Səfər çərçivəsində turizmçilərə yuxarıda göstərilən istiqamətlər üzrə yeniliklər, turizm potensialı, hotellər  və b. turizm məhsulları təqdim ediləcək.

İnfo-tur proqramlarını yükləyin:

Menecerlər