Bakıda İƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü keçirilir

407786367 669034228735191 2220773662164320496 n

4-5 dekabr tarixlərində Bakıda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və İqtisadi Əməkdaşlıq Təşkilatının (Economic Cooperation Organization) birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü” keçirilir.

DTA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran və Pakistan daxil olmaqla təşkilatın 9 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edir.

407480066 669034532068494 3019646064104401335 n

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev insan resursları və keyfiyyətli kadr potensialının turizmin inkişafına təsir edən ən mühüm amillərdən biri olduğunu, turizm təhsilinin əsas məqsədinin də turizmin bütün alt sahələri üçün lazımi bilik və bacarıqlara malik insan kapitalını təmin etmək olduğunu qeyd edib. O bildirib ki, hazırda Azərbaycanda turizm sahəsində on minlərlə insanın çalışır, bununla belə sənayenin daimi inkişafını nəzərə alaraq, turizm sektorunda yüksək ixtisaslı, yaxşı təlim keçmiş və bacarıqlı kadrlara hər zaman tələbat var. Fuad Nağıyev çıxışında azad edilmiş torpaqlarımızda cənab Prezidentin sərəncamı ilə yaradılacaq “Qarabağ Universiteti”ndə turizmlə də bağlı ixtisasların da nəzərdə tutulacağını qeyd edib.

407763226 669034555401825 7422038519835053643 n

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Xusrav Noziri çıxışında regional turizmin inkişafı üçün turizm təhsili üzrə əməkdaşlığın vacib olduğunu, bu baxımdan təşkilatın turizm üzrə təhsil müəssisələrinin birinci görüşünün əlamətdar hadisə olduğunu qeyd edib. O həmçinin son illərdə Azərbaycanda turizm sahəsində görülən işlər və mövcud zəngin potensialını vurğulayaraq cari ilin oktyabr ayında Ərdəbildə keçirilən təşkilatın Yüksək Vəzifəli Turizm Ekspertlərinin 7-ci görüşü və Turizm Nazirlərinin 5-ci iclasında Şuşanın turizm paytaxtı seçildiyini xatırladıb.

Tədbir çərçivəsində DTA sədri Fuad Nağıyev və İƏT-in baş katibi Xusrav Noziri arasında ikitərəfli görüş də keçirilib.

407466446 669032588735355 8970364239826235927 n

Tədbirdə “Dövlət, Təhsil və Sənayenin Əlaqələndirilməsi: turizm təhsilində ən yaxşı təcrübələr”, «Kurrikulum tərtibatı: gələcək tələbat üçün turizm təhsilinin yaxşılaşdırılması”, “İnnovasiya və Texnologiya: turizm təhsilində yeni trendlər” mövzusunda panel müzakirələr keçiriləcək və turizm təhsili verən ali təhsil müəssisələrinin təqdimatları nümayiş etdiriləcək.

Tədbirin ikinci günündə təşkilata üzv ölkələr arasında turizm təhsili üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi və turizm təhsili müəssisələrinin vahid şəbəkəsinin yaradılması mövzularında dəyirmi masanın təşkili, eləcə də turizm təhsilinə aid müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və ilk dəfə təşkil olunan bu görüşün davamlı keçirilməsi niyyətinin əks olunduğu “Bakı Bəyannaməsi”nin qəbulu nəzərdə tutulub.

407768924 669034892068458 995463486955764727 n

Menecerlər