ATAA-nın yeni üzvlərinə sertifikatlar təqdim edildi

IMG 2918

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yeni üzvlərə sertifikatlar təqdim edib. Görüşdə ATAA sədri Göydəniz Qəhrəmanov yeni üzvlərə Assosiasiyanın fəaliyyət istiqamətləri, İdarə Heyətinin tərkibi, tabeliyindəki komissiyaların iş prinsipi və üzvləri haqqında geniş məlumat verib.

IMG 2919

Həmçinin ATAA sədri Assosiasiyanın son illər ərzində həyata keçirdiyi işlər, əldə olunan nailiyyətələr, dövlət qurumları, xarici səfirliklər və turizm təşkilatları ilə əməkdaşlıq əlaqələri, turizm bazarının sağlamlaşdırılması, eləcə də üzv şirkətlər arasında sağlam rəqabətin və koorporativ etiketin qorunması, gələcək planlar və bir sıra digər məsələrə dair fikirlərini bölüşüb.

Müzakirələr zamanı yeni üzvlər turizm sektorunda üzləşdikləri çətinliklər,digər sənaye nümayəndələri ilə iş birliyi haqqında məlumat verib, təkliflərlə çıxış ediblər.

Görüş çərçivəsində Göydəniz Qəhrəmanov yeni üzvləri turizmin inkişafında və Assosiasiyanın gələcək fəaliyyətində aktiv iştirak etməyə çağırıb.

 

Menecerlər