Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini ilə azərbaycanlı turizmçilər arasında görüş baş tutub

WhatsApp Image 2023 11 28 at 19.30.00 08ad76e7

Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirinin müavini Nadir Alpaslanla Azərbaycanın turizm Assosiasiyalarının rəhbər şəxslərinin görüşü keçirilib.

Turizmplus.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti tərkibində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədr müavini Əhməd Qurbanov, «SKAL Baku» turizm peşəkarları klubunun prezidenti Ceyhun Aşurov və turizm şirkətlərinin rəhbərləri iştirak ediblər.

Görüş əsnasında iki ölkə arasında turizm əlaqələrinin inkişafı, eyni zamanda bu sahə üzrə həm Türkiyənin, həm də Azərbaycanın qeyri-hökümət təşkilatlarının sıx münasibətləri müzakirə edilib.

Qeyd edilib ki, Azərbaycanın turizm şirkətləri Türkiyə turistlərinin ölkəmizə daha kütləvi səfərlərinin təşkil edilməsində maraqlıdır.

Görüşdə birgə fəaliyyət çərçivəsində 2024-cü ilə dair yeni addımlar, info-turlar, seminar və b. tədbirlərin keçirilməsi planları da müzakirə edilib.

Sonda Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirinin müavini Nadir Alpaslana Azərbaycan turizmçiləri adından hədiyyə plaketi təqdim olunub.

 

WhatsApp Image 2023 11 28 at 19.30.01 73d4d30d

WhatsApp Image 2023 11 28 at 19.30.00 087c2873

Menecerlər