ATAA-nın Gəlmə Turizm Komissiyasının növbəti toplantısı keçirilib

406068058 742416394598868 8415072470986317489 n

Azərbayacan Turizm Agentlikləri Assosiasiyasının Gəlmə Turuzm Komissiyasının növbəti toplantısı keçirilib.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, iclasda qış mövsümünə hazırlıq, xarici tərəfdaşlarla iş birliyinin genişləndirilməsi, mövsümi turpaketlərin hazırlanması, üzv şirkətlər arasında koorporativ etiketin və sağlam rəqabətin qorunması, hotellər, eləcə də digər sənaye nümayəndələri arasında əməkdaşlıq əlqələrinin cari vəziyyəti, bu istiqamətdə mövcud çətinliklər və onların həlli yolları müzakirə olunub.

Görüşdə həmçinin 2023-cü ilin son 3 ayı ərzində üzv şirkətlərin xarici sərgilərdə iştirakı,əldə olunan nəticələr, yeni istiqamətlər üzrə planlar ətrafında fikir mübadiləsi aparılıb.

İclasda iştirak edən ATAA sədri Göydəniz Qəhrəmanov son zamanlar əməkdaşlıq edilən hotellərin təyin olunan müəyyən şərt və qaydalarının bir sıra şirkətlər tərəfindən pozulmasına dair Assosiasiyaya müraciətlər edildiyini və bu məsələlərin aradan qaldırılması üçün yaxın günlərdə həmin şirkətlərlə görüşün keçiriləcəyini bildirib.

Göydəniz Qəhrəmanov gələcəkdə də, xarici sərgilərdə iştirak etmək istəyən üzv şirkələrə ATAA tərəfindən dəstək göstəriləcəyini qeyd edib.

Menecerlər