Bakıda Sankt-Peterburqun tibbi turizm potensialı təqdim ediləcək — QEYDİYYAT

WhatsApp Image 2023 11 27 at 12.39.05 1d679b1b

Sankt-Peterburqun «Turizmin İnkişafı Komitəsi» və Sankt-Peterburq Tibbi Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda “Turizm və qonaqpərvərlik sənayesi” və “Tibbi xidmətlərin ixracı” milli layihələrinin icrası çərçivəsində “Tibbi turizm — əməkdaşlığın unikal simvolu” adlı tədbir keçiriləcək.

Turizmplus.az xəbər verir ki, 1-2 dekabr tarixlərində keçiriləcək tədbirdə Sankt-Peterburqun 15-dən çox aparıcı tibb mərkəzlərinin həkimləri iştirak edəcəklər.

«Tibbi turizm — əməkdaşlığın unikal simvolu” tədbiri mühüm tərəfdaşlıqların yaradılması üçün əsasdır və onların uğurla həyata keçirilməsi iki ölkənin tibb icmaları arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcək və Bakıdan daha çox tibbi turistlərin cəlb edilməsində mühüm addım olacaq.

Belə təcrübə mübadiləsi mütəxəssislər arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə kömək etməklə yanaşı, hər iki ölkədə tibbi xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Tədbirin bu aspektində fəal iştirak tibb ictimaiyyətinin inkişafı və yüksək qayğı standartlarının saxlanması üçün həyati əhəmiyyət kəsb edir.

Tədbirdə iştirak etmək istəyənlər +99470 294 69 33 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Menecerlər