Göydəniz Qəhrəmanov THY-nin İdarə Heyətinin sədri Ahmet Bolatla görüşüb

402653908 737989621708212 8515472899262576889 n

Noyabrın 21-də İstanbulda işgüzar səfərdə olan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Türk Hava Yolları şirkətinin İdarə Heyətinin sədri Ahmet Bolat, həmçinin aviaşirkətin icraçı direktorunun satış üzrə müavini Ahmet Olmuş və Azərbaycan üzrə nümayəndəsi Hamid Eldeleklioğlu ilə əməkdaşlıq əlaqələrini müzakirə edib.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə Assosiasiyanın fəaliyyəti, ölkənin turizm sənayesinin inkişafında rolu, üzvlərinin sayı haqqında məlumat verən Göydəniz Qəhrəmanov rəhbərlik etdiyi qurumun və üzv şirkətlərin Azərbaycanda bir sıra xarici aviadaşıyıcılar ilə əməkdaşlıq etdiyini, onlar arasında Türk Hava Yollarının xüsusi çəkisinin olduğunu diqqətə çatdırıb.

2023-cü ilin yanvar-oktyabır ayları üzrə Türkiyədən Azərbaycana gələnlərin sayının 308.942 min nəfər təşkil etdiyini bildirən Assosiasiya sədri Azərbaycana səfər edən ölkələr arasında Türkiyədən olan turstlərin ilk üçlükdə yer aldığını qeyd edib. Hazırda “Türk Hava Yolları” və “Azərbaycan Hava Yolları” vasitəsi ilə gün ərzində 12 reysin həyata keçirildiyini bildərən Göydəniz Qəhrəmanov bu dinamik göstəricilərin daha da artırılması üçün hər iki ölkənin böyük potensialı olduğunu deyib.

Azərbaycanın Türk Hava Yolları üçün həm sevilən,həm də vacib destinasiyalardan biri olduğunu bildirən aviaşirkətin İdarə Heyətinin sədri Ahmet Bolat Azərbaycanla əməkdaşlığın gücləndirilməsində və bu istiqamət üzrə aktivliyin artırılmasında hər zaman maraqlı olduğunu diqqətə çatdırıb.

Müzakirələr zamanı mövcud əlaqələrin inkişaf perspektivi, iş birliyinin genişləndirilməsi, aviauçuşların intensivliyinin artırılması, üzv şirkətlərlə əməkdaşlığın inkişafı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Menecerlər