ATAA-ya yeni şirkətlərin üzvlüyünə baxılıb — 4 ŞİRKƏT QƏBUL EDİLMƏDİ

WhatsApp Image 2023 11 20 at 14.25.48

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti qurumun 2023-cü ilin 3-cü rübünün yekunlarına dair növbəti toplantısını keçirib.

ATAA-dan Turizmplus.az saytına verilən məluamta görə, iclasda Assosiasiyanın sədri Göydəniz Qəhrəmanov İdarə Heyətinin üzvlərinə qurumun son 3 ayda gördüyü işlər, dövlət qurumları və xarici təşkilatların nümayəndələri ilə keçirilən işgüzar görüşlər haqqında ətraflı məlumat verib. Görüş zamanı üzv şirkətlərin üzləşdiyi çətinliklər və onları həlli yolları,qış mövsümünə hazırlıq, həm gəlmə, həm də getmə turizmdəki cari vəziyyət, 2024-cü ilin ilk rübündə ATAA tərəfindən nəzərdə tutulan tədbirlər planı müzakirə olunub, təkliflər dinlənilib.

Müzakirlər zamanı həmçinin bir sıra üzv şirkətlərin fəaliyyətlərində buraxdığı nöqsanlar, korporativ etik kodeksin qorunmaması, eləcə də turizm məhsullarının satışında qiymət balansın pozulması, ödənişlərdə yaşanan problemlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində ATAA nın nəzdində xüsusi işçi qrupu komissiyasının yardılmasına dair təklif irəli sürülüb. Təklifə əsasən təyin olunan işçi qrupu tərəfindən il ərzində 2 dəfə üzv şirkətlərin fəaliyyətlərində ATAA standartlarına riayyət olunmasının monitorinq edilməsi nəzərəd tutulub.

Toplantının sonunda Assosiasiyaya ünvanlanan 16 yeni üzvlük müraciətinə baxılıb. İdarə Heyəti tərəfindən aparılan müzakirələrin nəticəsinə ATAA standartlarna cavab verən 12-şirkətin müraciəti qəbul olunub.

Menecerlər