Zəngin turizm potensialına sahib Sulut kəndində yeni turizm mərkəzi… — TURİZM+ TV

photo 2023 11 13 14 30 23

Hər kəsə bəllidir ki, İsmayıllı rayonunun zəngin turizm potensialı, tarixi abidələri və ən əsası, özünəməxsus tolerantlığı var. Bu dəfə rayonun Sulut kəndində görülən işlərlə yaxından tanış olmaq, yeni turizm mərkəzinin açılışını qeyd etmək üçün bu kəndə yola düşdük.

Əvvəlcə onu bildirim ki, Sulut dağ kəndi olub, rayon mərkəzindən 45 km aralıda yerləşir. Kənddə Sulut abidələri adlanan, orta əsrlərə aid yaşayış yeri, Buzxana, Cümə Məscidi, Qıcılıq adlı yerdə qala, məqbərə və s. mövcuddur. Ağsu çayının sağ qolu olan Sulut çayının ətrafında Haram qalası, Qırxotaq qəsri, Fitdağ qalası kompleksləri yerləşir.

Dövlət Turizm Agentliyinin təşkil etdiyi qrant müsabiqəsinə təqdim olunan qalib layihələrdən biri də məhz bu kəndə aid olub. Layihənin icraçısı, peşəkar turizmçi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yanında Veteranlar Şurasının üzvi Fuad Rəsulovun Turizmplus.az saytına verdiyi məlumata görə, layihə 3 ay ərzində həyata keçirilib. Beləliklə, kənddə 6 yerli bələdçi, 4 ev tam olaraq turistlər üçün hazırlanıb.

Layihə çərçivəsində kənddə həm də aqroturizm üçün münbit şərait yaradılıb, kənd sakinlərinə dağçılıq, «hiking» və «camping» sahələri üzrə təlimlər keçirilib.

photo 2023 11 13 14 30 22

photo 2023 11 13 14 30 26

photo 2023 11 13 14 30 27

photo 2023 11 13 14 30 28

photo 2023 11 13 14 30 30

photo 2023 11 13 14 30 31

photo 2023 11 13 14 30 32

photo 2023 11 13 14 30 33

RƏHİM QƏDİROV

Menecerlər