“The Global Rep” şirkəti yalnız bu şirkətlər üçün Hindistan turizminin təqdimatını keçirəcək

Taj Mahal New Delhi India

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilati dəstəyi ilə “The Global Rep” şirkətinin rəhbəri Sandeep Khetarpal Hindistan turları, otel rezervasiyası, viza, müalicə, GOA və digər səyahət xidmətlərinin göstərilməsinə dair canlı təqdimat keçirəcək.

Turizmplus.az xəbər verir ki, təqdimatda qeyd olunan istiqamətlər üzrə ətraflı məlumat veriləcək. Oktyabrın 24-də saat 15:00-da «Boulevard Hotel by Marriott» hotelində keçiriləcək tədbirdə yalnız ATAA üzvləri iştirak edə biləcək.Tarix və saat: 24 oktyabr saat 15:00

Tədbirin planı:
* Hindistan üzrə tur paketlərin təqdimatı
* İnternet vasitəsilə paket rezervasiyası – ZOTRAV sisteminin onlayn təqdimatı
* İştirakçılar üçün sual — cavab sessiyası
* İştirakçılar üçün cofee brake və qəlyənaltı fasiləsi

Menecerlər