ATAA-nın illik fəaliyyətinin yekunlarına dair konfransı keçirilib

WhatsApp Image 2023 09 12 at 15.30.06 1

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) illik fəaliyyətinin yekunlarına dair konfrans keçirilib.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) illik fəaliyyətinin yekunlarına həsr olunan video-hesabat təqdim olunub.

«Tourism Day Private Event 2023» tədbirinin biletləri satışda

Konfransda dövlət-özəl sektoru arasında əlaqələrin genişləndirilməsi istiqamətində Assosiasiyanın həyata keçirdiyi işlər, həm gəlmə, həm də getmə turizmin inkişafı yönündə atılan addımlar, turizm bazarının sağlamlaşdırılması, eləcə də xarici bazarlarda ölkənin turizm potensialının təşviqi, xarici tərəfdaşlarla turizm əlaqələrinin inkişafında həyata keçirilən işlərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbirdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun rəhbər şəxləri, eləcə də turizm sənayesinin nümayəndələri iştirak ediblər.

WhatsApp Image 2023 09 12 at 15.30.04 1

WhatsApp Image 2023 09 12 at 15.30.04

WhatsApp Image 2023 09 12 at 15.30.06

WhatsApp Image 2023 09 12 at 15.30.07

Menecerlər