«Tourism Day Private Event 2023» tədbirinə son 19 GÜN

photo 2023 09 11 12 27 47

Xəbər verdiyimiz kimi, «Plus Media Production»un təşkilatçılığı «Pegas Touristik» tur-operatorunun, «Air Astana» aviaşirkətinin və «Yes Travel»in baş sponsorluğu ilə Bakıda «Tourism Day Private Event 2023» tədbiri baş tutacaq.

Turizmplus.az xəbər veri ki, avqustun 28-dən etibarən tədbiririn giriş biletləri satışa çıxarılıb. İştirakçılar üçün 2 seçim qoyulub:

  • Yalnız giriş — 25 AZN
  • 2 saat limitsiz içkilər (spirtli və spirtsiz) — 55 AZN

Qeyd edək ki, tədbir Turizm Günü ərəfəsində, 30 sentyabrda «Marriott Boulevard Baku» hotelinin «Black City Lounge and Terrace» restoranında keçiriləcək. 130-dan çox turizmçinin iştirak edəcəyi gecənin aparıcısı Tural Həsənlidir. Bununla yanaşı tədbirdə Azərbaycanın məşhur DJ-ləri Backeer və Noorlanın, eyni zamanda Mad Hauskies rəqs qrupunun çıxışları da gözlənilir.

Biletlər məhdud saydadır. Biletləri əldə etmək üçün 050 212 36 96 nömrəsinə «whatsapp» vasitəsilə yaza bilərsiniz.

Turizm şirkətləri

Menecerlər