Antalyaya ən çox turist bu ölkələrdən gəlir — SİYAHI

23211

Bu il Antalyaya gələn turistlərin sayı 5 sentyabr tarixinədək 11 milyonu keçib.

Turizmplus.az xəbər verir ki, bu barədə AKTOB prezidenti Kaan Kavaloğlu açıqlama verib.

«Tourism Day Private Event 2023» tədbirinin biletləri satışda

AKTOB prezidenti Kaan Kavaloğlu Bloomberg HT-də turizm mövsümü ilə bağlı qiymətləndirmələr edib.

"Antalyaya gələn turistlərin sayı 11 milyonu keçdi. Antalya 2019-cu - rekord ilimizdə 16 milyon turisti qəbul etmişdi. Düşünürəm ki, bu il ziyarətçilərin sayı 15 milyonu keçəcək".

Qeyd edək ki, bu il Antalyaya ən çox turist göndərən ölkə Rusiyadır. Almaniya ikinci, İngiltərə üçüncü, Polşa dördüncü, Hollandiya beşinci, Qazaxıstan isə 6-cı yerdədir.

Menecerlər