Göydəniz Qəhrəmanov Ümumdünya Turizm Forumunun prezidenti ilə görüşüb

WhatsApp Image 2023 08 31 at 13.29.03

Əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Ümumdünya Turizm Forumunun (World Tourism Forum) prezidenti Bulut Bağçı arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə ATAA sədri Ümumdünya Turizm Forumunun prezidenti Bulut Bağçıya Assosiasiyanın fəaliyyəti, ölkənin turizm sənayesinin inkişafında rolu, üzvlərinin sayı haqqında ətraflı məlumat verib.

Müzakirələr zamanı təşkilatlar arasında birgə iş birliyinin yaradılması, ikitərəfli münasibətlərin inkişafı, üzv şirkətlərlə kommunikasiya əlaqələrinin formalaşdırılması, qarşılıqlı maraq doğuran layihələrin hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ümumdünya Turizm Forumu dövlət qurumlarının, sənayedə maraqlı tərəflərin və akademik dairələrin birgə səylərini birləşdirərək, turizm bazarları üçün davamlı inkişaf modelləri və strategiyaları hazırlayır. Baş ofisi Londonda yerləşən təşkilat hər il müxtəlif ölkələrdə turizmlə bağlı forum və tədbirlər həyata keçirir.

Menecerlər