AZAL üç şəhərə yeni uçuşlar açır — MƏLUMAT

280506121 5225010724257803 4653763885320943690 n 1

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 2023-cü il sentyabrın 20-dən etibarən Pakistana müntəzəm uçuşlar yerinə yetirməyə başlayır.

Aviaşirkətin mətbuat xidmətindən Turizmplus.az saytına verilən məlumata görə, reyslər Pakistanın paytaxtı İslamabad, eləcə də onun ən böyük şəhərləri — Lahor və Kəraçi şəhərinə həyata keçiriləcək.

Bakıda möhtəşəm «Tourism Day Private Event» tədbiri baş tutacaq

Sözügedən üç şəhər Pakistanın mühüm tarixi və mədəniyyət mərkəzləridir ki, bu da onları ziyarət etmək üçün çox maraqlı məkana çevirir.

Bakıdan İslamabada uçuşlar çərşənbə və şənbə günləri, Lahora bazar ertəsi və cümə günləri, Kəraçiyə isə cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bu çevik cədvəl səyahətçilərə rahat seçimlər təklif edir.

AZAL-ın yeni reyslərinin açılması Azərbaycan və Pakistan arasında münasibətlərin inkişafına, turizmin, beynəlxalq daşımaların təşviqinə və diplomatik əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

Uçuş cədvəli ilə aviaşirkətin rəsmi www.azal.az saytında tanış ola bilərsiniz.

Menecerlər