Bakıda möhtəşəm «Tourism Day Private Event» tədbiri baş tutacaq

Green After Work CLub Party Instagram Post 1 1

«Plus Media Production»un təşkilatçılığı «Pegas Touristik» tur-operatorunun, «Air Astana» aviaşirkətinin və «Yes Travel»in baş sponsorluğu ilə Bakıda «Tourism Day Private Event» tədbiri baş tutacaq.

Turizmplus.az xəbər verir ki, tədbir Turizm Günü ərəfəsində, 30 sentyabrda «Marriott Boulevard Baku» hotelinin «Black City Lounge and Terrace» restoranında keçiriləcək. 130-dan çox turizmçinin iştirak edəcəyi gecənin aparıcısı Tural Həsənlidir. Bununla yanaşı tədbirdə Azərbaycanın məşhur DJ-ləri BackeerNoorlanın, eyni zamanda Mad Hauskies rəqs qrupunun çıxışları da gözlənilir.

Qeyd edək ki, tədbirə giriş ödənişlidir. Ödənişə yalnız giriş və ya iki saat ərzində limitsiz içki paketi daxildir. Digər ödənişlər hazırlanmış menyu əsasında təklif ediləcək.

Hot Red Night Party Club Poster

Menecerlər