AZAL-ın «check in» prosesində YENİ QAYDA

Check in 48 az

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) onlayn qeydiyyatdan keçmə müddətini artırıb. İndi sərnişinlər əvvəlki 24 saat əvəzinə, uçuşa 48 saat qalmış qeydiyyatdan keçə bilərlər.

Turizmplus.az xəbər verir ki, onlayn qeydiyyat vaxtının 48 saata qədər uzadılması sərnişinlərə daha çox rahatlıq və çeviklik təmin edəcək. Bu xidmət onlara səyahətlərini daha diqqətlə planlaşdırmağa kömək edəcək.

Onlayn qeydiyyat sərnişinlərə əvvəlcədən təyyarənin göyərtəsində oturacaq seçməyə və hava limanında qeydiyyat üçün növbələrdən yayınmağa, bununla da vaxta qənaət etməyə imkan verən rahat xidmətdir.

Onlayn qeydiyyatdan keçmək üçün sərnişinlər aviaşirkətin www.azal.az rəsmi saytına daxil olmalıdırlar.

Menecerlər