Yalnız ATAA üzvləri üçün İçərişəhər Dövlət Tarix-Memarlıq qoruğunda GÜZƏŞTLƏR

BeFunky collage 55 scaled

Xəbər verdiyimiz kimi bir müddət öncə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İçərişəhər Dövlət Tarix-Memarlıq qoruğu idarəsi ilə görüşündə bir neçə məsələlər müzakirə olunmuşdu.

Turizmplus.az xəbər verir ki, ATAA tərəfindən edilən təkliflərdən biri də Assosiasiyaya üzv olan şirkətlərə endirimlərin tətbiq olunması idi. Beləcə, təklif müsbət qiymətləndirilərək yeni şərtlər hazırlanmışdır. Belə ki, hər bir ATAA üzvü İçərişəhər Dövlət Tarix-Memarlıq qoruğuna tabe olan muzeylərdə (Qala Qoruğu və İçəri şəhər muzeyləri) 50-dən çox muzey giriş bileti alarsa, müqavilə əsasında köçürmədə ümumi məbləğə 20% endirim haqqı qazanacaqdır.

Bunun üçün İçərişəhər Dövlət Tarix — Memarlıq qoruğuna müraciət edərkən ATAA — ya üzv olduğunuzu bildirməyiniz kifayətdir.

Menecerlər