Türkiyəyə ilk 6 ayda gələn turistlərin sayı müəyyənləşib — STATİSTİKA

1573727442 turkey

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumatlara görə, iyun ayında Türkiyəni ziyarət edənlərin sayı əvvəlki ilin eyni ayına görə yüzdə 12,53 artaraq 6 milyon 262 minə çatıb.

Turizmplus.az xəbər verri ki, iyun ayında ən çox ziyarətçi göndərən ölkələr siyahısında 819 min ilə Rusiya birinci yerdədir. Daha sonra 686 min ilə Almaniya, 507 min ilə İngiltərə, 250 min ilə Bolqarıstan və 242 min ilə Polşa gəlir.

Yanvar-iyun ayları arasındakı 6 aylıq dövrdə Türkiyəyə yüzdə 17,48 artımla 22 milyon 945 min ziyarətçi səfər edib. Bu dövrdə Türkiyəyə gələnlərin 19 milyon 618 min 175-i əcnəbi, 3 milyon 327 min 314-ü isə xaricdə yaşayan vətəndaşlar olub.

İlk 6 ayda Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr arasında Rusiya, Almaniya, İngiltərə və Bolqarıstan var.

Menecerlər