«Summer Tour» Azərbaycan Dəmir Yolları ilə birgə qatarla Qəbələ turlarını təqdim edib

c7f2df19 2d02 4926 8453 0844a45321d7 1

Avqustun 12-dən etibarən «Summer Tour» tur-operatoru qatarla Bakı-Qəbələ-Bakı istiqamətində turlara start verəcək.

Turizmplus.az xəbər verir ki, turlar 2 gün, 1 gecəlik nəzərdə tutulub. Tur proqramda Bakı-Qəbələ-Bakı istiqamətində gediş-dönüş qatar ilə, Qəbələ daxilində nəzərdə tutulan tur proqram isə avtobus ilə icra olunacaq.  Bununla yanaşı tur proqram boyu turistlər həm də bələdçi ilə təmin ediləcək.

Turun ən cəlbedici tərəfi isə, turistlərə həm nəqliyyat, həm də hotel seçimində müxtəlif təkliflər verilməsidir. İstəyə bağlı olaraq turistlər 1-ci sinif qatar biletləri əldə edə və 3 və ya 5 ulduzlu oteldə gecələyə bilərlər.

Bütün bu nüanslara əsaslanaraq qeyd etmək lazımdır ki, tur proqram seçimə əsasən hər büdcəyə uyğunlaşdırıla bilər.

Qeyd edək ki, turun qiyməti 139 AZN-dən başlayır.

Menecerlər