Şimali Kipr Türk Cümhuriyyəti Ercan Hava Limanının yeni terminalının açılışı olub

KKTC Yeni Ercan Havalimani Terminal Binasi ve Pisti Acildi

Şimali Kipr Türk Cümhuriyyəti Ercan Hava Limanının yeni terminalının və uçuş-enmə zolağının açılış mərasimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimlə keçirilib.

Turizmplus.az xəbər verir ki, Ercan Hava Limanının yeni terminal binası 10 milyon sərnişin tutumuna və 30 təyyarə parkına malikdir.

Yeni istifadəyə verilən uçuş-enmə zolağı 3 min 100 metr uzunluğundadır.

Yeni uçuş-enmə zolağına ilk eniş Prezidentlik donanmasına aid TC-TUR qeydiyyatına alınmış A330 tipli təyyarə olub.

ercan havalimani 820x492 1

Açılış mərasimindəki çıxışında prezident Ərdoğan: “2016-cı ildə tikintisinə başlanan terminal binası və ikili eniş-enmə zolağı ilə geniş gövdəli təyyarələrə ev sahibliyi etmək imkanı qazanıb. Uzunluğu 3100 metr olan yeni uçuş-enmə zolağı sayəsində bütün sərnişin təyyarələri modellərinə uyğunlaşdırılıb. 20 min m2 olan terminal binası 10 milyon sərnişinə xidmət göstərmək üçün 6 dəfə genişləndirilib. Turizmə birbaşa töhfəsi ilə yanaşı, daha çox investisiya, daha çox gəlir və daha çox məşğulluq deməkdir. Bu, Kipr adasında ən yüksək sərnişin tutumuna malik hava limanıdır.Bu gün açdığımız yeni terminal və uçuş-enmə zolağının beynəlxalq uçuşlar üçün istifadə olunacağı günlər uzaqda deyil”. ifadələrdən istifadə etmişdir.

sn3W2Xsy0EamizCvCmXogQ

Menecerlər